AZ

Ölkə çempionatının oyunları təxirə salındı

Bosniya və Herseqovina çempionatının oyunları təxirə salınıb. 

Sportal.az xəbər verir ki, buna səbəb isə ölkədə baş vermiş sel daşqınlarıdır. 

Matçların yeni tarixləri hələ açıqlanmayıb. Güclü yağışlar dağ çaylarının daşmasına və torpaq sürüşməsinə səbəb olub, paytaxtla Mostar şəhəri arasındakı magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb. 

Qeyd edək ki, “Jrinski Mostar” 7 turdan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir. 

 

saytlarin hazirlanmasi

Seçilən
38
2
sportal.az

3Mənbələr