AZ

Ange Mutsinzi “Zirə”ni tərk edir

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasına dəvət alıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Futbolçunun şərəfini qoruduğu Ruanda yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Benin millisinə qarşı mübarizə aparacaq. Sözügedən rəqiblə ilk oyun oktyabrın 11-də Benində, ikinci qarşılaşma isə ayın 15-də Ruandada baş tutacaq.

Ange Mutsinzi “Zirə”yə bu yay Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində hələlik 15 oyun keçirib.

Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 24 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
31
arena.az

1Mənbələr