AZ

Rövşən Nəcəf Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sərancama əsasən Prezident təqaüdünə layiq görülən 103 tələbənin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində təhsil alır.

“İki sahil” xəbər verir ki, SOCAR-ın prezident Rövşən Nəcəf bununla bağlı paylaşım edib.

Paylaşımda həmçinin qeyd olunur ki, BANM-ın Prezident təqaüdçülərindən:

9 nəfər İnformasiya təhlükəsizliyi;

10 nəfər Kimya mühəndisliyi;

11 nəfər Biznesin idarə edilməsi;

2 nəfər Kompüter mühəndisliyi;

1 nəfər isə Kompüter elmləri ixtisaslarının tələbəsidir.

Möhtəşəm nailiyyət, əziz tələbələr!!! Səmimi-qəlbdən təbrik edirik.

Seçilən
27
ikisahil.az

1Mənbələr