AZ

“Pax Americana” qıç olub!

Etibar ƏLİYEV, fəlsəfə doktoru

ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edib. Onlar ABŞ-ni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıblar.

Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla, qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər. vakansiya

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl şəhərində bu urvatsız müraciəti haqlı olaraq belə şərh etdi: “Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Artıq “Pax Americana”- “Amerika sülhü” paradiqması işləmir. Qıc olub. Bu dövlət ədalətli sülhü dəstəkləmək əvəzinə təcavüzkar Ermənistana qahmar çıxır və Azərbaycana təzyiqləri artırmağa çalışır. Erməni barbarları Azərbaycana qarşı genosid, urbisid, ekosid, kultursid törədiblər. Bütün bu bəşəri cinayətləri dünya bilir. Xirtdəyinə qədər problemin içində olan ABŞ özünü tanımaq istəmir. Maraqlı bir faktı yazıram: Nyu-Yorkda doğulmuş, yaşamış, baxışlarına görə dissident olan professor Maykl Parenti “Çirkli həqiqətlər” kitabında bu ölkəni mükəmməl xarakterizə edib. O, yazır: “Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər gətirib və indi də ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edir. Ölkənin problemləri isə saysız-hesabsızdır. Məsələn, hər il 30 minə yaxın amerikalı intihar edir, 13 milyon insan cinayətlərin qurbanına çevrilir. 37 milyon insan psixi vəziyyətinə nəzarət üçün tibbi preparatlar qəbul edir. Hər il 80 milyon insanın psixi köməyə ehtiyacı yaranır, milyonlarla uşaq şiddət nəticəsində evdən qaçır. 5 milyon nəfər türmələrdədir; 4,5 milyon aclıq içərisindədir. 7-10 milyon arası işsizlik mövcuddur. Bu ölkə 12 ilin içərisində 58 min əsgər itirdi Vyetnamda. Bu müharibənin 100 minlərlə əlili oldu. Bu ölkədə bir neçə milyon nəfər öz əcəli ilə deyil, zorakı səbəblərdən ölürlər.”

Bu problemləri aradan qaldırmaq əvəzinə Azərbaycana qarşı təzyiq göstərmək absurddur. Dövlətimizin başçısı bildirib: “Onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”

ABŞ 2001-ci ilin 11 sentyabr terror hadisəsindən dərhal sonra Əfqanıstanda işğalçılıq fəaliyyətinə başladı. Bir çox ciddi hərbi və siyasi ekspertlər israr edirdilər ki, Əfqanıstanın bu terrorda zərrə qədər iştirakı yoxdur. Lakin ABŞ bildiyini etdi və heç bir kənar rəyi nəzərə almadı.

Azərbaycan dünyada ən çox terrorla üzləşən ölkələrdən biridir. Azərbaycan dünyada terrorun kökünün kəsilməsində müstəsna rolu olan ölkədir. Rasional antiterror əməliyyatı buna bariz nümunədir. Azərbaycan özünü bütün dünyaya sülh tərəfdarı olan dövlət kimi tanıtdırıb və tanıtdırmaqdadır.

Azərbaycanda keçiriləcək COP29 konfransı iqlim gələcəyinə həsr olunub və Bəşəriyyətin qayğısına qalmağa xidmət edir…

Konfransın yüksək səviyyədə keçirilməsi BMT-nin nüfuzunu artıracaq.

Və Bəşəriyyət mütləq bundan bəhrələcək.


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr