AZ

Qazaxıstanda AES-in tikintisi üzrə referendumda səsvermə başlayıb

Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq səsverməsi başlayıb.

Trend-in məlumatına görə, seçki məntəqələri Bakı vaxtı ilə saat 06:00-dan axşam saat 19:00-dək açıq olacaq. Səsvermənin nəticələri 7 gün ərzində açıqlanacaq.

Ümumilikdə 10 327 məntəqə açılacaq, bunlardan 72-si Qazaxıstandan kənardadır.

Son məlumatlara görə, 12 244 683 Qazaxıstan vətəndaşı səsvermə hüququna malikdir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev referendumun tarixini oktyabrın 6-na təyin edib və onun keçirilməsi ilə bağlı fərman imzalayıb.

2023-cü ildə Qazaxıstanın Energetika Nazirliyi ölkədə atom elektrik stansiyalarının tikintisi üçün əsas iddiaçıların arasında dörd şirkətin olduğunu bildirib: Çinin CNNC korporasiyası, Cənubi Koreyanın KHNP, Fransanın EDF və Rusiyanın Rosatom şirkətləri.

Beynəlxalq təşkilatlar, xüsusilə də əlavə nəzarəti həyata keçirəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) layihəyə cəlb olunacaq.

Seçilən
1
1
valyuta.az

10Mənbələr