İsrailin yaxın saatlarda İrana qarşı cavab zərbələri endirməsi ehtimalı var.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-dakı mənbələrə istinadla "Kanal 14" məlumat yayıb.
“Bir sıra qeyri-hökumət təşkilatları ABŞ mənbələrindən İsrailin yaxın vaxtlarda İrana hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq alıblar”, - deyə hesabatda bildirilir.
Mənbə iddia edir ki, bu halda İranın da cavab zərbəsi endirilməsi ehtimalı var.