AZ

Liqa 1: “Lill” evdə, “Monako” səfərdə qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Sent Etyen” doğma meydanda “Oser”ə, “Lill” isə “Tuluza”ya qalib gəlib.

Üç qolun qeydə alındığı “Renn” – “Monako” matçında da qonaqlar qələbə qazanıblar.

7-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
7-ci tur
4 oktyabr

Olimpik (Marsel) – Anje 1:1
Qollar: Rou, 51 – Əl-Melali, 54

5 oktyabr

Sent Etyen – Oser 3:1
Qollar: Davitaşvili, 15; 54; 86 – Bair, 74.

Lill – Tuluza 2:1
Qollar: A.Qomes, 57. Bakker, 72 – Abuxlal, 39.

Renn – Monako 1:2
Qollar: Blas, 11 – Kehrer, 6. Baloqun, 22.

6 oktyabr

17:00. Olimpik (Lion) – Nant
19:00. Brest – Havr
19:00. Reyms – Monpelye
19:00. Strasburq – Lans
22:45. Nitsa – PSJ

Seçilən
49
1
arena.az

2Mənbələr