Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 6-na olanxronikasını təqdim edir:
- Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın "Pervıy Kanal"televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsibu gün "Pervıy Kanal" televiziyasında yayımlanıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın6-da Türkiyə Respublikasının Xarici İşlər naziri MövludÇavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiqatəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzisilah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərindəgedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı, D-20artilleriya qurğuları və onların heyətləri də bölmələrimizinsərrast atəşi ilə məhv edilib.
- Türkiyə prezidenti RəcəbTayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonrabildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanınişğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığımübarizəni dəstəkləməkdir.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonununÇaxırlı kəndinin görüntülərini yayıb.
- Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.
- Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb
- Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindənerməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidmətimüşavirədə deyib ki, düşmən tərəfindən "İsgəndər" raketkompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
- DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlardaiştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.
- Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.
- Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub.
- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələkeçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.
- Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətləbirlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tabgətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.
- Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu vəqənimətlərin yeni görüntülərini yayıb.