Oyundan sonra təcili klubdaxili iclasın keçiriləcəyi və baş məşqçi Roman Qriqorçukun işinə son veriləcəyi haqda iddialar dolaşır. Bununla bağlı fikir öyrənmək üçün "Neftçi"nin media üzrə əlaqələndiricisi Rüstəm Əfsərliylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Belə mövzular klubdaxili məsələdi. Konkret addım atılmadıqca nəsə demək doğru olmaz. Baş məşqçiylə bağlı hansısa qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək".
KƏNAN BAHADIR