AZ

“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Son ölkə çempionu 1/32 finalda Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç Ağdam təmsilçisinin 27:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.

Seçilən
1
2
xalqqazeti.az

3Mənbələr