AZ

Rusiyanın Cənubi Qafqaza imperiya maraqları



Rusiyanın Cənubi Qafqaza imperiya maraqları ilə yanaşması kimi, Qərb də eyni məntiq və ideya ilə hərəkət edir.

Kollektiv Qərbin demokratiya nidaları heç vaxt səmimi olmayıb. Bu gün özünü demokrat kimi göstərən ölkələr, keçən əsr Afrika və planetin müxtəlif bölgələrində imperialist, müstəmləkəçi siyasət həyata keçirirdilər. İndi isə məlum siyasətin sadəcə icra mexanizmləri dəyişib.

ABŞ-ın tək qütüblü dünya hegamoniyasının acı reallıqları indi də Yaxın Şərq, Mərkəzi və Şimali Afrikada inqilablar, dövlət çevrilişləri və vətəndaş müharibələri fonunda özünü göstərməkdədir.

İllərdir bizə çoxda uzaq olmayan regionlarda davam edən xaotik vəziyyəti müşahidə etdiyimiz üçün özümüzə bir sual ünvanlamalıyıq. Bu ABŞ və ümumilikdə kollektiv Qərb Cənubi Qafqaza nüfuz etməklə necə müsbət təsir göstəcək? Cavab çox sadədir, Gürcüstan.

Məhz bu səbəbdən ABŞ Konqresi və Departmentinin addımları müstəqil xarici siyasət həyata keçirən Azərbaycanı öz iradələrindən aslı salmaq məqsədi daşıyır.
Bacarmayacaqlar!

Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi
Seçilən
33
newscenter.az

1Mənbələr