AZ

"Hizbullah"ın rəhbəri vəzifəsinə əsas namizəd İsrailin raket zərbəsi nəticəsində öldürülüb - KİV

Bakı. Trend:

"Hizbullah"ın yeni rəhbəri vəzifəsinə əsas namizəd HaşimSəfiyəddin İsrailin raket zərbəsi nəticəsində öldürülüb.

Trend xəbərverir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalıməlumat yayıb.

Bildirilir ki, o, Beyruta endirilən raket zərbəsində həlakolub.

Qeyd edilir ki, onunla birlikdə İran İslam İnqilabı KeşikçiləriKorpusunun bir neçə zabiti də öldürülüb.

Xatırladaq ki, “Hizbullah” hərəkatının mətbuat xidmətitəşkilatın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də Beyrutdaİsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb.Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanıendirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardanistifadə edilib.

Seçilən
14
5
az.trend.az

6Mənbələr