AZ

Ernesto Valverde - La Liqada sentyabrın ən yaxşı məşqçisi!

Bilbao “Atletik”inin ispan baş məşqçisi Ernesto Valverde sentyabr ayında İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İspaniya La Liqasnın rəsmi saytına istinadən məlumat verir.

Sentyabr ayında Valverdenin “Atletik”i keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 oyundan isə heç-heçə ilə ayrılıb. “Atletik” “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”nı (3:1) məğlub edib. Valverenin komandası “Sevilya” ilə də heç-heçə (1:1) edib.

Səsvermədə Valverde “Barselona”nın alman çalışdırıcısı Hans-Diter “Hansi” Fliki və “Real”ın baş məqşçisi, italyan mütəxəssis Karlo Ançelottini geridə qoyub. Bu, Valverdenin cari mövsümdə ilk fərdi mükafatıdır.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün ilk ayının (avqust) ən yaxşı məşqçisi “Barselona”nı çalışdıran almaniyalı Hansi Flik seçilmişdi.

60 yaşlı Ernesto Valverde “Atletik”i 2022-ci ilin iyul ayından çalışdırır. Bu müddətdə Valverde Bilbao təmsilçisini 405 oyuna çıxarıb, 189 qələbə, 92 heç-heçə, 124 məğlubiyyət yaşayıb. “Atletik”in top fərqi isə 626:465 nisbətindədir.

Valverde “Atletik”ə İspaniya Kubokunu (2023/2024) və İspaniya Super Kubokunu (2015/2016) qazandırıb.

Valverde məşqçilik karyerasına “Atletik”də başlayıb və fəaliyyəti dövründə ispan mütəxəssisin əlinin altından “Espanyol”, “Olimpiakos”, “Vilyarreal”, “Valensiya” və “Barselona” keçiblər.

Seçilən
18
arena.az

1Mənbələr