Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün gündüz saatlarında rayonun Bağman kəndində baş verib. "Chevrolet" minik maşını sərt döngədə idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə düşüb. Nəticədə, bir ailənin üç üzvü- Gülnar Məmmədova, Seymur Məmmədov və Xədicə Məmmədova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info