AZ

Almaniyanın sabiq prezidenti: “Taurus” qanadlı raketlərinin Kiyevə verilməsinin tərəfdarıyam

Almaniyanın sabiq prezidenti (2012-2017) Yoahim Qauk Ukraynaya “Taurus” qanadlı raketlərinin verilməsini təklif edib.

“İki sahil” xəbər verir ki,  Yoahim Qauk bu barədə “Funke” media qrupuna müsahibəsində deyib. “Mən bu məsələni hərbi ekspertlərlə müzakirə etmişəm və “Taurus” qanadlı raketlərinin Kiyevə verilməsinin tərəfdarıyam”, – deyə o bildirib. Almaniyanın sabiq prezidenti Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirilməsi ilə bağlı suala da müsbət cavab verib. Sentyabrın 20-də Almaniya Kansleri Olaf Şolts uçuş məsafəsi təxminən 500 kilometrə çatan “Taurus” qanadlı raketlərinin Ukraynaya tədarük ehtimalını bir daha rədd edib. Hökumət başçısının sözlərinə görə, bu cür silah sistemlərinin tədarükü bölgədə “ciddi eskalasiya riski” yarada bilər.

Qeyd edək ki, “Taurus” Britaniyanın Ukraynaya tədarük etdiyi “Storm Shadow” raketlərinin analoqu hesab olunur. Lakin “Taurus”un mənzili daha uzaqdır.

Sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə söhbətində Ukraynanın Qərbin köməyi olmadan Rusiyanın dərinliyinə zərbələr endirmək iqtidarında olmadığını vurğulayıb. O, həmçinin NATO ölkələrinin hazırda Kiyevin təkcə uzaqmənzilli Qərb silahlarından mümkün istifadəsini müzakirə etmədiyini, eyni zamanda, bu müharibəyə birbaşa cəlb olunub-olunmamaq barədə qərar verdiklərini deyib.

Seçilən
2
3
ikisahil.az

4Mənbələr