AZ

Uşaqlar kütləvi zəhərlənirlər -Mütəxəsislər səbəbi tapa bilmir

Yakutiyanın idman liseyində zəhərlənmə nəticəsində zərər çəkən uşaqların sayı 30-a çatıb. Bu barədə yerli media regional Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.

"Qurbanların ümumi sayı 29-dur", - məlumatda deyilir.

Qeyd edilib ki, 25 uşaq yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib, daha dörd nəfər isə ambulator müalicə alıb. Uşaqların vəziyyəti stabil qiymətləndirilib.

Xatırladaq ki, oktyabrın 4-də Yakutiyanın Meqino-Kanqalasski rayonundakı Xaran idman məktəbində ibtidai sinif şagirdlərinin kütləvi zəhərlənməsi hadisəsi aşkarlanıb. Uşaqlar qarın ağrısı və qusmadan şikayət edibdilər. Bundan sonra təhsil müəssisəsini yoxlamaq üçün komissiya yaradılıb və ora aidiyyəti üzrə orqanların əməkdaşalrı cəlb olunublar. Rayon Təhsil və Elm Nazirliyi 20-dən çox uşağın naməlum səbəblərdən zəhərlənərək zərər çəkdiyini bildirmişdi.

Tural

Seçilən
13
news365.az

1Mənbələr