AZ

“Bacım ərimə sinəsinin fotosunu göndərdi” dedi, baldızın müdafiəsi isə təəccübləndirdi

Türkiyədə aparıcı Esra Erolun verilişinə çıxan Cənnət adlı qadın bacısı haqqında qalmaqallı iddialar səsləndirib.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlcə verilişə müraciət edən Neslihan adlı qadın bir həftədir itkin düşən bacısı Cennet Solakın tapılması üçün kömək istəyib.

4 ildir evli olan və 24 sentyabrda yoxa çıxan Cənnət günlər sonra video yayımlayaraq ərinin ona xəyanət etdiyini deyib. Cənnət bacısının sinəsinin fotosunu onun ərinə göndərdiyini iddia edib.

Neslihanın özünü müdafiəsi isə təəccüb doğurub:

“Sinəmdə şiş var idi. Yeznəmin tanıdığı həkim var. Video istədi, videoları atdığım üçün də səhv başa düşüldüm”- o söyləyib.

Canlı yayıma qoşulan C.Solakın əri də baldızının sözlərini təsdiqləyib:

“Sinəsinin şəklini atdı, burada mütəxəssisə göstərdim. Sonra Neslihan xəstəxanaya gəldi. Cənnəti görəndə əsəbiləşdi. Yalnız yara olan yerin fotosu var idi".

Sonradan studiyaya gələn C.Solak ərinin ona dəfələrlə xəyanət etdiyini söyləyib:

“Qaçmazdan 2 gün əvvəl kiminləsə əlaqə saxlayıb. Sözünün üstündə durmadı və yenə eyni şeyi etdi. Xəstəliyini bəhanə edib belə bir şey edə bilməz. Bütün sinəsinin şəklini çəkmişdi”.

24 yaşlı qadın Neslihanın ərinin onu istismar etdiyini də iddia edib. Cənnət bildirib ki, 11 yaşında olarkən bacısının əri onu cinsi qısnamaya məruz qoysa da, bacısı ondan boşanmayıb.

Bacıları isə C.Solakın başqa bir kişi ilə münasibətdə olduğunu söyləyiblər.

Billurə

Seçilən
17
olke.az

1Mənbələr