AZ

Aİ-dən Çin elekromobillərinə 35 faizlik yeni rüsum

Avropa İttifaqına üzv ölkələr Çindən elektrikli avtomobillərin idxalına rüsumların tətbiq edilməsinə dair Avropa Komissiyasının təklifini dəstəkləyiblər.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. 

Məlumata görə, Aİ ölkələri mövcud 10 faiz həcmində rüsumdan əlavə olaraq, 35,3 faizə qədər rüsumların təyin edilməsinə dair Avropa Komissiyasının təklifinə dəstək veriblər. 

Bunun sözügedən iqtisadi güclər arasında son 10 ildə ən böyük ticari mübahisə olduğu qeyd olunub. 

Qəzet öz mənbələrinə istinadən yazıb ki, ittifaqın 10 üzvü Çindən sözügedən avtomobillərin idxalına dair rüsumların tətbiq edilməsinin lehinə, beş ölkə isə əleyhinə səs verib. 12 ölkə bitərəf qalıb. 

Bildirilir ki, rüsumlar 5 il ərzində qüvvədə olacaq. 

Qeyd edək ki, avqustun sonunda yayılan məlumata görə, Kanada hökuməti Çində istehsal olunan elektrikli avtomobillərin idxalına 100 faizlik rüsumlar tətbiq etmək niyyətindədir.

Seçilən
0
3
avtosfer.az

4Mənbələr