AZ

MİDA: Cəbrayıl yaşayış kompleksinin inşası keyfiyyətlə həyata keçirilib - FOTOLAR

Bu gün Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil olunub.

APA-nın bölgə müxbiri  xəbər verir ki, media-tur iştirakçıları Cəbrayıl yaşayış kompleksində olublar.

"Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilib", - deyə D.Dadaşova əlavə edib.

Qeyd edək ki, altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

10Mənbələr