AZ

Hamann: “Keyni “Darmştadt”a 3 qol vurmaq üçün almayıblar”

“Bayern”in və Almaniya yığmasının keçmiş futbolçusu Ditmar Hamann Münhen komandasının ingilis hücumçusu Harri Keyn haqda danışıb.

Arena.az veteran futbolçunun bu barədə fikrini təqdiim edir:

“O, “Darmştadt”la oyunda het-trik etməyə dəvət edilməyib. Keyn “Bayer” və “Aston Villa”ya qol vurmağa, həmçinin Çempionlar Liqasının 1/4 finalında qol vurmağa dəvət alıb. O, hələ bunu etməyib. Buna görə hələ də ulduz hücumçuya şübhə ilə yanaşıram”, deyə Hamann vurğulayıb.

Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 8 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Keyn 5 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur.
Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 53 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib. O, bu oyunlarda 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
7
arena.az

1Mənbələr