AZ

“Napoli” ilk dəfə lider oldu - İCMAL

A seriyasının 6-cı turundan sonra lider yenidən dəyişdi. Tura 1-ci yerdə başlayan “Torino”nun evdə “Latsio”ya, “Udineze”nin “İnter”ə uduzmasından yararlanan “Napoli” bu mövsüm ilk dəfə lider oldu.

Maraqlıdı ki, Antonio Kontenin bu yaydan çalışdırdığı komanda ilk turda “Verona”dan 3 cavabsız top buraxmışdı. Amma sonrakı 5 oyunda hesabına 13 xal yazmaqla zirvəyə yüksəldi. “Montsa”nın qapısından iki cavabsız top keçirən neapollular qələbəni praktiki olaraq ilk hissədə təmin etdilər.

Nəhayət, “Yuventus” ardıcıl üç oyunda qolsuz heç-heçəyə razılaşandan sonra qələbə qazandı. Turinlilər Genuyada ev sahiblərinə kəsilən cəzaya görə tamaşaçısız keçirilən matçın ilk hissəsini də qolsuz başa vurdular. Amma Tyaqo Mottanın komandası fasilədən sonra üstünlüyü tamamilə ələ alaraq qolları sıralamağa başladılar . “Cenoa”ya 3:0 hesabı ilə qalib gələrək xalını 12-yə artıran “Yuventus” 2-ci yerə çıxdı. Turinlilərin çempionatda ardıcıl 7-ci oyunda qol buraxmadıqlarını da qeyd edək.

Əvvəlki turda Milan derbisində əzəli rəqibi “İnter” üzərində qələbə “Milan”a psixoloji cəhəttən müsbət təsir edib. Mövsümə qeyri-qənaətbəxş başlayan vitse-çempion “Leççe”nin aqibətini ilk hissədə 5 (!) dəqiqəyə vurduğu 3 cavabsız qolla müəyyn etdi. Paulu Fonsekanın komandası ardıcıl 3-cü qələbə ilə 11 xalla topların daha yaxşı fərqiə əsasən 3-cü yerə yüksəldi. Derbidə məğlubiyyətdən sonra Udine səfərinə çıxan “İnter” isə çətinliklə qalib gəldi. 3:2 hesablı qələbə son çempionun 7-ci yerdən 4-ə çıxmasına şərait yaratdı. Milanllar kimi “Torino” da 11 xala malikdi.

Tur paytaxt klubları üçün uğurlu alındı. “Latsio” kimi “Roma” da qələbə qazandı. Uğursuz starta görə istefaya göndərilən Daniele De Rossinin yerini tutan İvan Yuriçin yeni komandası “Venetsiya”nı 2:1 hesabı ilə məğlub etdi.

6-cı tur
Milan – Leççe 3:0

Morata, 38. Ernandes, 41. Pulişiç, 43.
Milan: Menyan, Ernandes (Bertezaqi, 75), Tomori, Qabbya, Emerson, Fofana (Musa, 63), Reynders, Pulişiç (Çukvueze, 63), Leao, Morata (Loftus-Çik, 56), Abraham (Yoviç, 76).

Udineze – İnter 2:3
Kabasele, 35. Lukka, 83 - Frattezi, 1. Lautaro Martines, 45+3; 47.
İnter: Zommer, Dimarko (Auqusto, 64), Açerbi, Bissek, A.Bastoni (De Vrey, 75), Darmian, Mxitaryan, Çalhanoğlu, Frattezi (Zyelinski, 86), Lautaro Martines (Korrea, 86), M.Türam (Taremi, 75).

Cenoa – Yuventus 0:3
Vlahoviç, 48-p.; 55. Konseysao, 89.
Yuventus: Perin, Rouhi (Kambyaso, 74), Bremer, Kalulu (Savona, 74), Danilo, Makkenni (Duqlas Luis, 62), Facoli, Koopmeyners, Yıldız (K.Türam, 74), Qonsales (Konseysao, 62), Vlahoviç.

Bolonya – Atalanta 1:1
Kastro, 46 – Samarciç, 90.
Bolonya: Skorupski, Likoyannis, Lukumi, Beukema, Poş, Fröyler, Ebişer (Dallinqa, 64), Fabbian (Urbanski, 46), Ndoy (Holm, 84), Orsolini (Kazale, 54), Kastro (Erliç, 68).
Atalanta: Karnesekki, Kolaşinats (Paşaliç, 79), Cimşiti, Kossunu (Kuadrado, 63), Rucceri (Zanyolo, 79), De Roon, Bellanova (Retegi, 63), Ederson, De Ketelare, Breşianini (Samarciç, 45), Lukman.

Torino – Latsio 2:3
Adams, 67. Koko, 90+2 - Genduzi, 8. Dia, 60. Noslin, 89.
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 68), Romanyoli, Xila, Latsari (Maruşiç, 80), Rovella, Genduzi, Zakkanyi, İsaksen (Vesino, 68), Dia (Çauna, 68), Kastelyanos(Noslin, 89).

Roma – Venetsiya 2:1
Kristante, 74. Pizilli, 83 – Pohyanpalo, 44.
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini (Pizilli, 58), Kone (Baldantsi, 58), Kristante, Çelik, Əl-Şaaravi, Lorentso Pelleqrini (Paredes, 80), Sule (Ermoso, 85), Dovbik.

Empoli – Fiorentina 0:0
Fiorentina: De Xea, Qosens (Parizi, 88), Ranyeri, Komutso, Dodo, Kataldi (Adli, 71), Bove, Kuame (Sottil, 85), Qudmundsson (Beltran, 71), Kolpani (İkone, 72), Ken.

Napoli – Montsa 2:0
Politano, 22. Kvaratsxeliya, 33.
Napoli: Kaprile, Olivera (Spinatsola, 90+1), Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka (Gilmor, 90+1), Zambo Angissa, Kvaratsxeliya (Matsokki, 75), Politano (Neres, 87), Lukaku (Raspadori, 87).

Komo – Verona 3:2
Kutrone, 43; 72. Belotti, 89 – Lazoviç, 53-p. Lamburd, 90+4.

Parma – Kalyari 2:3
Man, 62. Ernani, 87-p. – Zortea, 34. Marin, 75. Pikkoli, 88.

1. Napoli 6 4 1 1 11-4 13
2. Yuventus 6 3 3 0 9-0 12
3. Milan 6 3 2 1 14-7 11
4. İnter 6 3 2 1 13-7 11
5. Torino 6 3 2 1 10-8 11
6. Empoli 6 2 4 0 5-2 10
7. Latsio 6 3 1 2 12-10 10
8. Udineze 6 3 1 2 9-10 10
9. Roma 6 2 3 1 7-4 9
10. Komo 6 2 2 2 9-11 8
11. Fiorentina 6 1 4 1 7-7 7
12. Atalanta 6 2 1 3 11-12 7
13. Bolonya 6 1 4 1 7-9 7
14. Verona 6 2 0 4 10-11 6
15. Parma 6 1 2 3 10-12 5
16. Kalyari 6 1 2 3 4-10 5
17. Cenoa 6 1 2 3 4-10 5
18. Leççe 6 1 2 3 3-11 5
19. Venetsiya 6 1 1 4 4-10 4
20. Montsa 6 0 3 3 4-8 3


Bombardirlər: Kutrone (Komo), Pulişiç (Milan), Retegi (Atalanta), M.Türam (İnter), Vlahoviç (Yuventus) - 4.
Növbəti turun oyunları oktyabrın 4-6-sı aralığında keçiriləcək: Napoli – Komo, Verona - Venetsiya, Udineze - Leççe, Atalanta - Cenoa, İnter - Torino, Yuventus - Kalyari, Bolonya – Parma, Latsio - Empoli, Montsa – Roma, Fiorentina - Milan.

Turun rəqəmi
29 – Ernandes “Leççe” ilə matçda meydanda olduğu 75 dəqiqə ərzində əla təsir bağışladı. İlk hissədə hesabı açan Morataya məhsuldar ötürmə verən fransalı futbolçu çox keçmədən qapıya özü də yol tapdı. Teo “Milan”ın formasında İtaliya çempionatında 29-cu qolunu vurmaqla müdafiəçilər arasında rekordçu olan Paolo Maldininin göstəricisini təkrarladı.

Turun ulduzu
Lautaro Martines (İnter) – A seriyasında ötən mövsümün ən yaxşı oyunçusu seçilən argentinalı Udinedə sözünü dedi. Lautaro fasilədən əvvəl və sonra vurduğu iki qolla komandasının çətin qələbəsində böyük rol oynadı. Maraqlıdı ki, son mövsümdə 24 qolla ən yaxşı bombardir olan hücumçu bu mövsümün ilk 4 matçında qapıya yol tapa bilməmişdi.

Turun sitatı
Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:
“Fasilədə futbolçulara hansı təlimatları verdim? Onlara yalnız taktiki dəyişiklikləri başa saldım. Hər bir oyunçunun çıxışından razı qaldım. Ehtiyat oyunçular skamyasında əyləşib komandaya dəstək verənlərdən də razıyam. Axı onların səsləri tamaşaçısız keçən matçda çox aydın eşidilirdi”.
Seçilən
12
football-plus.az

1Mənbələr