AZ

Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır

Macar

Strasburq, 5 oktyabr, AZƏRTAC

Üzv dövlətin nümayəndə heyəti olmadan həmin ölkə ilə bağlı debatın keçirilməsini məqsəduyğun hesab etmirəm. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan debatın keçirilməsi düzgün deyil. Avropa Şurası Parlament Assambleyası (AŞPA) qərar qəbul edənədə təmkinli olmalı idi. Çünki AŞPA Nazirlər Komitəsi, nazirlər kollegiyası olmadan təkbaşına fəaliyyət göstərib. Nazirlər Komitəsinin Azərbaycanla bağlı fərqli yanaşması var. Hesab edirəm ki, indi AŞPA-nın müvafiq həll yolu tapmasının əsl vaxtıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Macarıstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jolt Nemet söyləyib. O bildirib ki, Avropada Azərbaycan mövzusuna fərqli yanaşma olduğu aydın görünür. Ancaq artıq Azərbaycanın maraqlarını təmin etmək üçün Avropanın müvafiq həll yolu tapmasının vaxtı çatıb.

“Hesab edirəm ki, dialoqa ehtiyac var. Tərəfdaşlarımız dialoqun yollarını və vasitələrini tapmalıdırlar. Müvafiq məsələnin həllini asanlaşdıracaq dialoq aparılmalıdır”, - deyə Macarıstanlı parlamentari vurğulayıb.

Seçilən
11
2
azertag.az

3Mənbələr