AZ

Xamneyi ölümündən əvvəl Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib

İranın ali dini lideri Ayətullah Əli Xamneyi İsrailin hücumundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.

Bizim.Media "Reuters“ə istinadən xəbər verir ki, Xamneyinin İsrailin hücumundan bir neçə gün əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha xəbərdarlıq etdiyi üzə çıxıb.

Nəşr yazır ki, açılqama verən yüksək rütbəli İran rəsmisi sentyabrın 17-də “Hizbullah”ın hücumundan sonra Xamneyinin Nəsrullaha İrana qaçmaq üçün təcili mesaj göndərdiyini açıqlayıb.

Mesajda İsrailin “Hizbullah” daxilində agentlərinin olduğu və İsrailin Nəsrullahı öldürməyi planlaşdırdığı bildirilir.

Bizim.Media

Seçilən
1
5
bizim.media

7Mənbələr