AZ

“Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər nə yerdədir? - AÇIQLAMA

Bakı. Trend:

“Sevirəm” parkının genişləndirilməsi ilə bağlı söküntü işlərininəsas hissəsi başa çatıb.

Bunu Trend-ə açıqlamasında Xətai Rayon İcraHakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsininmüdiri Pənah İmanov bildirib.

O bildirib ki, sökülən tikililərin yerində abadlıq işlərigörülərək, bu sahə mövcud parkın ərazisinə qatılacaq.

"Söküntü ərazisi, əsasən, Kamandar Əhmədov, Həmid Abbasbəyli,Yusif Səfərov və Sergey Senyuşkin küçələrindəki qəzalı evləri əhatəedib.

Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə kompensasiyaödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib.Söküntüdən sonra ərazi təmizlənib, park üçün qazon işlərigörülüb".

Sakinlərin məlumatına görə, sökülən evlərin 1 kv.m-nə 2300 -2500 manat, obyektlərin hər 1 kv.m üçün 2700-3000 manatkompensasiya verilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətipaytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində birçox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərinəvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığınıaçıqlamışdı. Bildirilmişdi ki, Xətairayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlıişlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarındanolan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddətibitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyektsahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiyaödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyatakeçirilir.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr