AZ

“Hər otel bir oyunçumuzu personal kimi saxlasa...” - “Sheki City” çıxış yolu tapıb

2-ci liqada ən uğursuz nəticə göstərən komanda “Sheki City”di. “Halvaçılar” ilk 5 oyunun hamısında uduzub.

Bu gedişlə komandanın dağılmaq ehtimalı varmı? Bu vəziyyəti dəyişə bilərsizmi? Hadisələrin belə axarı komadanı hara aparır? Bu sualları klub prezidenti Elgün Hüseynova ünvanladıq:

“Əslində vəziyyəti dəyişmək imkanı var. Klubun xərclərini təkbaşıma qarşılayıram. Artıq çatdıra bilmirəm. Oyunçular oyun günü gəlib-gedir. Vəziyyəti dəyişmək çox rahat və sadədi. Rayonumuzdakı imkanlı şəxslər dəstək olsa, düzələr. Şəki turizm zonasıdı. Hər otel bir oyunçumuzu personal kimi saxlasa, biz bir yerdə rahat məşq edə bilərik, komandada işlər düzələr. Çempion ola bilməsək də, liqada qalmağı bacararıq. Təəssüf ki, komandaya heç bir dəstək yoxdu və mən də tək bacarmıram. Komandanı səfər oyuna aparmaq xərclərini qarşılamaqda çətinlik çəkirəm. Komandanı dağılmağa qoymaram. İnşallah, yaxşı olar”.


ƏSƏD SEYİDOV
Seçilən
14
football-plus.az

1Mənbələr