AZ

İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib

Bakı, 4 oktyabr, AZƏRTAC

İkiqat Olimpiya iştirakçısı olan tanınmış gürcüstanlı bədii gimnast Salome Pajava Azərbaycanın gənc və uşaq idmançılarına ustad dərsi keçib.

AZƏRTAC xəbər verir ki, kiçikyaşlı gimnastlar tərəfindən böyük marağa səbəb olan dərs ötən gün Milli Gimnastika Arenasında start götürmüş 3-cü beynəlxalq “Ocaq kuboku” turniri çərçivəsində reallaşıb.

Bir müddət əvvəl karyerasını başa vuran S.Pajava gimnastlarla öz təcrübəsini bölüşüb.

İdmançılar onun rəhbərliyi altında isinmə, gimnastika və rəqs hərəkətlərini yerinə yetiriblər.

Seçilən
12
azertag.az

1Mənbələr