AZ

Livandakı əksər sığınacaqlar artıq insanları qəbul edə bilmir

Livanda məcburi köçkünlər üçün nəzərdə tutulmuş 900 sığınacaqların əksəriyyəti artıq insanları yerləşdirə bilmir.

Oxu24.com xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Rula Amin bildirib.

"Livanda səlahiyyətlilər tərəfindən tikilən 900-ə yaxın kollektiv sığınacaqların əksəriyyəti artıq insanları yerləşdirmək iqtidarında deyil",deyə o, brifinq zamanı bildirib.

Aminin sözlərinə görə, İsrailin hücumlarından xilas olmağa çalışan Livan sakinləri getdikcə daha çox açıq havada yatırlar.

BMT QAK nümayəndəsi vurğulamışdır ki, təşkilat qışın gəlməsi ilə digər ölkələrdə artan münaqişələrdən zərər çəkən insanların həyat şəraitinin daha da pisləşəcəyindən narahatdır.

Reuters daha əvvəl xəbər vermişdi ki, İsrail ordusu Suriya ilə sərhəddə Livanın Məsnaa nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı magistral yola zərbələr endirib, qaçqınlar bombardmanlardan qaçıblar. Agentliyin məlumatına görə, son 10 gün ərzində 300 minə yaxın insan yoldan istifadə edib ki, onların da əksəriyyəti Suriya vətəndaşlarıdır.

Bundan əvvəl İsrail Livanın Nəbatiyyə şəhərinin sakinlərinin təxliyəsi barədə göstəriş vermişdi.
 

Nigar

 

Seçilən
8
oxu24.com

1Mənbələr