AZ

İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb

Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində “Hizbullah” hərəkatının 250 yaraqlısı öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.

“Dörd gün ərzində quru əməliyyatları zamanı 250 terrorçu, o cümlədən 21 komandir öldürülüb”, – məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin sentyabrın 27-də Beyruta endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd ərazilərdə quru əməliyyatına başladığını elan edib.

"Cebheinfo.az"

Seçilən
1
5
cebheinfo.az

8Mənbələr