AZ

Azər Bağırov "Neftçi" üzərində qələbəni belə şərh etdi

Misli Premyer Liqasının 9-cu turunda "Neftçi"ni 4:3 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov Tovuzda baş tutan oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, cari mövsüm ilk xallarını "ağ-qaralar"la oyunda qazanan Gəncə təmsilçisinin 43 yaşlı çalışdırıcısı belə danışıb:

"Bu gün Gəncəyə olan raket hücumunun il dönümüdür. Qələbəni bütün Gəncəyə, şəhidlərə həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq.

Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək alınmır, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı.

Qarşıda milli fasilənin bizim xeyrimizə olacaq. Bəzi məqamları yaxşılaşdırmağa çalışacağıq. "Qarabağ"a qarşı oynamaq xoşdur. Uşaqları həmin matça yaxşı kökləmək lazımdır". 

Seçilən
7
fanat.az

1Mənbələr