AZ

“Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirilib

“Azərbaycan

Bakı, 4 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Respublika Xatirə Kitabı Redaksiyasının “Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib.

Tədbirdə çıxış edən baş redaktor Nəzakət Məmmədova xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsinin Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işi olduğunu bildirib. O, redaksiyanın bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etdiyini, bu istiqamətdə araşdırma işləri apardığını və ənənəni hazırda da davam etdirdiyini vurğulayıb.

"Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür", - deyə Nəzakət Məmmədova əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
12
azertag.az

1Mənbələr