AZ

Cəbrayıl şəhəri günü qürur günlərimizdən biridir

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibə aparırdı, 1993-cü il avqust ayının 23-də Cəbrayıl rayonunu işğal etdi. 1 şəhərdə, 4 qəsəbədə, 92 kənddə yaşayan 52 min nəfər ev-eşiyindən perik düşdü. Ermənistan silahlı birləşmələri müharibəaparma şərtlərinə qətiyyən əməl etmirdi. İşğaldan sonra Cəbrayılın Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazan nənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbristanlığındakı türbələr, məqbərələr dağıdılmışdı.

Azərbycan Ordusunun 1994-cü il yanvarın 5-də başladığı Hadrut əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbənin davamı 2016-cı il Aprel döyüşlrində oldu. Ordu hissələrimiz Lələtəpə kimi yüksək strateji əhəmiyyətli yüksəklik də daxil olmaqla 2000 hektardan çox ərazini işğaldan azad etdi.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başladı. Ordu hissələrimiz, Ordumuz düşmənin müdafiə sədlərini darmadağın etdi, ilkin qələbələr qazandı. Müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgaq kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Sönrakı döyüşlərdə də mühüm qələbələr qazanıldı. Ordumuz döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı.

Oktyabr ayının əvəllərində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quy-caq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri də iş¬ğal¬dan azad edildi.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulardan 22797 nəfəri “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Xudafərin körpülərinin işğaldan azad edilməsi də böyük qələbə oldu. Xudafərin körpüsündə Azərbaycanın Dövlət Bayrağının dalğalandırılması döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Düşmən sıxışdırılırdı...

 “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Bununla da rayonun elektrik enerjisinə tələbat problemi həll olunub.

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, pioner düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürüldü...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıla 2020-ci il noyabrın 16-da, 2021-ci il fevralın 14-də, aprelin 26-da, mayın 4-də , 2022-ci il okt¬yabrın 20-də, 2023-cü il mayın 5-də, sentyabrın 28-də, 9-da, 2024-cü il mayın 18-də, 19-da və oktyabrın 3-də Cəbrayıl rayonunda səfərdə olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə oktyabrın 4-ü Cəbrayıl şəhəri Günü kimi qeyd olunur...

Cəbrayıl şəhəri Günü təkcə Cəbrayılla bağlı deyil, Cəbrayılı ana-ana Azərbaycanımızın iş-ğaldan qurtuluş qürurunu yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın oktyabrın 3-də Cəbrayıla səfəri də bu gerçəkliyi ifadə edir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

Seçilən
0
3
sabahinfo.az

4Mənbələr