AZ

Körpələrin inkişafı üçün ən yaxşı qida

Ana südü körpələrin sağlam inkişafı üçün ən təbii və faydalı qidadır.

Tərkibindəki zülallar, yağlar, karbohidratlar və vitaminlər körpənin bütün qida ehtiyaclarını qarşılayır.

Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, ana südü immun sistemini gücləndirən antikorlar ilə zəngindir, bu da körpəni infeksiyalardan və xəstəliklərdən qoruyur.

Həmçinin, ana südü həzm sisteminə uyğun olduğundan körpələrdə qəbizlik və qaz problemlərini azaldır.Ana südündəki omeqa-3 yağ turşuları beyin və sinir sistemi inkişafını dəstəkləyir.

Bu qida həm də ana ilə körpə arasında emosional bağlılığı gücləndirir, ananın sağlamlığına da fayda göstərir, çünki südvermə zamanı hormonlar ananın özünü rahat və xoşbəxt hiss etməsinə kömək edir.

Seçilən
9
moderator.az

1Mənbələr