AZ

Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

Kürdəmirin

Bakı, 4 oktyabr, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Kürdəmir rayonunun Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenisi ilə əvəzlənir.

AZƏRTAC İB-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görülən işlər abonentlərin qaz təchizatının yaxşılaşdırılması, payız-qış mövsümündə yaranan problemlərin qarşısının alınmasına hesablanıb.

Vaxtı ilə pərakəndə şəkildə çəkilən, hazırda korroziyaya uğrayan qaz xətlərinin əvəzlənməsi İB-nin Təmir-Tikinti İdarəsinə həvalə edilib. Uzunluğu 15 min metr olan çəkiləcək yeni qaz xəttinin icrası üçün çox sayda işçi qüvvəsi və maşın-mexanizmlər əraziyə cəlb olunub.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr