AZ

Ukraynalı 30 hərbçinin öldürüldüyü an - ANBAAN VİDEO

Hərbçilərin gizlənmək istədikləri ev  onlara məzar oldu

Ölkə.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın şimalındakı Sumı şəhərində Ukrayna əsgərlərinin yerləşdiyi evə edilən bombalı hücumda 30 əsgərin həlak olduğunu açıqlayıb.

Açıqlamada deyilir:

"Ukraynanın 106-cı Əlahiddə Ərazi Müdafiə Briqadasının Sumıdan 19 km cənub-şərqdə yerləşən Velikiy Bobrikdəki müvəqqəti dislokasiya sahəsinə hücumlar nəticəsində Rusiya ordusu Ukrayna ordusuna məxsus Amerika istehaslı olan hərbi avtomobili və 30 hərbçisi məhv edilib.

Məlumatda həmçinin deyilir ki, Rusiya ordusu Kursk vilayəti ərazisinə daxil olan düşmən qrupunun zərərsizləşdirilməsi əməliyyatını davam etdirir. Rus ordusu son bir sutkada 300-dən çox Ukrayna hərbçisini, dörd zirehli döyüş maşınını, ABŞ istehsalı iki "Paladin" özüyeriyən artilleriya sistemini, İsveç istehsalı olan bir "Archer" özüyeriyən artilleriya sistemi və altı artilleriya silahı, o cümlədən üç motorlu maşınını məhv edib.

Mürtəza
Ölkə.Az

Seçilən
12
olke.az

1Mənbələr