AZ

Abdullah Gülün xanımını İngiltərədə soydular

Türkiyənin sabiq prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman Hayrünnisa Gülün çantası polis tərəfindən oğurlanıb.

İddianı Abdullah Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib. Onun sözlərinə görə, hadisə Gül ailəsi İngiltərədən çıxarkən baş verib. Çantada avro və funt-sterlinq olub.

Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib.


Müəllif: Teleqraf.com
Seçilən
3
11
teleqraf.com

10Mənbələr