AZ

“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”

Əməkdar artist Təyyar Bayramov verilişlərdən şikayətçidir.
 
Moderator.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Rəngarəng" verilişində danışıb.
 
Xanəndə aparıcıları məzəmmət edib:
 
"Efirə çağıranda deyirlər ki, muğamı az oxuyun. Daha əhval-ruhiyəli ifalar edin".
 
Xalq artisti Zabit Nəbizadə onun fikirlərini təsdiqləyib. Xanəndə hətta efirdə ümumiyyətlə, muğam oxunmasını istəməyən verilişlərin olduğunu vurğulayıb:
 
"Deyirəm, onda məni niyə çağırmısınız? Efirlərdir, onları işıqlandıran. Meyxana deyənlər belə başlayıb mahnı oxumağa".
 
T.Bayramov verilişin bir bölümünün tamamilə bayağı mahnı ifa edən müğənnilərə həsr olunmasına da əsəbiləşib:
 
"Efirlər 4 Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə götürüb xüsusi buraxılış həsr edirlər. Efirlər onu brendləşdirir. Sənətkarı çağırıb, ondan danışmaq lazımdır. Baxın, hansı muğam ifaçısını tək gətirib veriliş çəkmisiniz?"
 
Seçilən
1
6
moderator.az

7Mənbələr