AZ

Ekologiya və təbii sərvətlər naziri vətəndaşları qəbul etdi

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Publika.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 4 oktyabr 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hacıqabul rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Seçilən
1
13
publika.az

10Mənbələr