AZ

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə dair nəzarət komissiyası yaradılır?  

Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.    

Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.   

Mövzu ilə bağlı Referans.az -a politoloq Oqtay Qasımov danışıb. O bildirib ki, Ermənistan tərəfindən belə təkliflər çox səsləndirilir. Xüsusən də atəşkəs rejiminə əməl olunması ilə bağlı ikitərəfli komissiyanın yaradılması ilə bağlı fikirlər də var idi:

"Bunlar hamısı qulağa xoş gələn ifadələrdir. Paşinyan özü keçmiş jurnalist olub. O sözlə manipulyasiya eləməyi yaxşı bacarır. Bu cür ifadələrlə guya Ermənistanın sülh tərəfdarı olduğunu göstərməyə çalışır və Azərbaycana təzyiq etmək istəyir. Bizim üçün səsləndirilən fikirlərdən çox əməl maraqlandırır. Faktiki olaraq Azərbaycan 3 ildən artıqdır ki, Ermənistana təkliflər paketi verib. Paketdə 5 təklif var. Təkliflər paketinə hələ Ermənistan o zaman cavab bildirdi ki, Azərbaycanın təklif etdiyi variant məqbuldur və əsaslı etirazları yoxdur".

Politoloq bildirir ki, amma, üzərindən bir müddət keçəndən sonra Ermənistan başladı sülh danışıqlarına elementlər daxil etməyə, prosesi ləngitmək üçün addımlar atdı:

"Kommunikasiyaların açılması ilə bağlı məsələlərdə manipulyasiya elədi. Hətta, irəli getdi. Bildirdi ki, Zəngəzur dəhlizində nəzarətin həyata keçirilməsi ilə bağlı üçüncü ölkə ilə bağlı hansısa müddəa yoxdur. Ən azı Paşinyan özünün atdığı imzaya hörmət eləmir. Üçtərəfli maddənin 9 - cu maddəsini inkar etdi. Hansı ki, sənəddə hər şey açıq şəkildə yazılıb. Nikol Paşinyanın belə çıxışları beynəlxalq auditoriyaya hesablanmış manipulyasiyalardır". 

Şəlalə Babayeva

Seçilən
11
referans.az

1Mənbələr