AZ

“Bu, Rusiya rejiminə xas manipuliyasiyadır” – Avropa İttifaqı rəsmisi Bortnikova cavab verib

Avropa İttifaqı Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun ittihamlarına cavab verib.

Aleksandr Bortnikovun şərhləri tamamilə cəfəngiyyat, yalan və  verdiyi vədləri dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas manipulyasiyadır”, - Stano erməni mediasına deyib.

Rusiya FTX-nın direktoru Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında çıxışında NATO-nun “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışdığını bəyan edib.

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”, - deyə Rusiya FTX rəhbəri qeyd edib.

“AzPolitika.info”

Seçilən
13
azpolitika.info

1Mənbələr