AZ

Aİ-dən Gürcüstana növbəti TƏHDİD – “Bunu etsələr, ittifaqa üzv ola bilməyəcəklər”

Avropa İttifaqı Gürcüstanı yenidən assosiasiyaya üzvlük prosesini dayandırmaqla hədələyib.

Bizim.Media Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski xəbərdarlıq edib:
 

“Gürcüstan siyasi müxalifətin qadağan edildiyi, vətəndaş cəmiyyətinin xaricə getməyə məcbur olduğu birpartiyalı dövlətə çevrilsə, azlıqların hüquqları qorunmasa, Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək”.


Onun sözlərinə görə, Aİ həmçinin hakim partiyanın Avropa İttifaqına qarşı qeyri-dost münasibəti səbəbindən Gürcüstan rəhbərliyi ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb.

Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr