AZ

"Toyota" və "Subaru" yeni elektromobil hazırlayacaq

Avtomobil istehsalçıları "Toyota Motor" və "Subaru" 2026-cı ilin əvvəlinə qədər birgə hazırlanmış yeni elektrikli avtomobilin istehsalına başlamaq niyyətindədirlər.

İqtisadiyyat.az bu barədə "Nikkei Asia"ya istinadən xəbər verir.

Məlumata görə, "Subaru" zavodunda istehsal olunacaq elektrikli avtomobil Yaponiya, Avropa və Şimali Amerika bazarlarında satılacaq.

Qeyd edək ki, "Toyota" və "Subaru" 2019-cu ildə elektromobillərin istehsalı sahəsində əməkdaşlığa başlandığını elan ediblər.

 

Gözəl Həşimova

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr