AZ

Britaniya hökuməti karbontutma layihələri üçün 22 milyard funt sterlinq vəd edir

Britaniya

London, 4 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti enerji, sənaye və hidrogen istehsalından karbon emissiyalarının tutulması və saxlanması layihələri üçün təxminən 22 milyard funt sterlinq vəd edib.

AZƏRTAC xəbər verir ki, Mersisayd və Tisayd bölgələrindəki növbəti 25 il ərzində vəd edilən iki karbontutma klasteri üçün maliyyələşmənin minlərlə iş yeri yaradacağı, özəl investisiyaları cəlb edəcəyi və Böyük Britaniyanın iqlim hədəflərinə çatmasına kömək edəcəyi bildirilib.

Bu gün Baş nazir Kir Starmer maliyyə naziri Reyçel Rivz və enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə nazir Ed Milibendlə birgə layihələri təsdiqləmək üçün bölgəyə səfər edəcək. Baş nazir səfər öncəsində bu addımın sənayeni yenidən canlandıracağını və inkişafa təkan verəcəyini deyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
8
azertag.az

1Mənbələr