AZ

Metan emissiyalarının tənzimlənməsi innovativ texnologiyaların tətbiqini stimullaşdırmağa kömək edə bilər - BCG

Bakı. Trend:

Metan emissiyalarının tənzimlənməsi innovativ texnologiyalarıntətbiqini stimullaşdırmağa kömək edə bilər.

Trend xəbər verir ki, bubarədə “Boston Consulting Group”un nümayəndəsi Dmitri FadeyevBakıdakı “iqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi"-nin son günü çərçivəsində "İstixana qazı emissiyalarıanlayışımızda inqilab: empirik məlumatların, süni intellektin vəqabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panelmüzakirəsində bildirib.

"Metan emissiyalarının tənzimlənməsi yerli iqtisadiyyataəhəmiyyətli təsir göstərə bilər, yeni sektorlara inkişaf yollarıaçar və innovativ texnologiyaların tətbiqini stimullaşdırar.Məsələn, bərpa olunan enerji sektoru kimi sahələrin inkişafınıgözləmək olar, eləcə də yeni texnologiyaların yaranması. Metanemissiyalarının azaldılması, qlobal istiləşmənin 2 dərəcə Selsi(°C) səviyyəsindən aşağıda saxlanılması məqsədinə çatmaq üçün dəson dərəcə vacibdir", – o vurğulayıb.

Nümayəndə bildirib ki, metan iqlim dəyişmələrinə təsir edənamillər arasında 2-ci yerdədir.

"Biz metan emissiyalarının azaltmağın yollarını bilirik, lakinonun aşkar edilməsi, təmizlənməsi və tullantıların azaldılması iləbağlı konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı ən böyükçətinliklər var. Amma vurğulamaq istəyirəm ki, bu yalnız çağırışlardeyil, həm də inkişaf üçün böyük imkanlardır", – o əlavə edib.

Seçilən
15
az.trend.az

1Mənbələr