AZ

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

Naxçıvanda

Naxçıvan, 4 oktyabr, AZƏRTAC

Bu gün Naxçıvanda fəaliyyətdə olan sahibkarların böyük əksəriyyətini KOB subyektləri təşkil edir. KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini bildirib ki, 1 oktyabr 2024-cü il tarixə muxtar respublikada 19729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə, 20129 aktiv KOB subyekti fəaliyyət göstərir. Bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz, o cümlədən mikro 59,0 faiz, kiçik 4,0 faiz və orta sahibkarlıq subyekti isə 3,4 faiz çoxdur.

Seçilən
0
4
azertag.az

5Mənbələr