AZ

Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib (FOTO)

Bakı. Trend:

Manisa Xalq Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti,ədəbiyyatı, turizm potensialı və digər sahələrlə bağlı kitablar,broşürlər, təbliğat-təşviqat materialları hədiyyə edilib.

Trend xəbər verir ki,kitablar Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarəHeyətinin sədri Şentürk Hoşgülün Manisa Mədəniyyət İdarəsininrəhbəri İbrahim Sudak və Manisa Xalq Kitabxanasının müdiri AyşinKibritlə görüşündə təqdim olunub.

Şentürk Hoşgül bu təşəbbüsün əhəmiyyətini diqqətə çatdırıb.

Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak kitabxanayahədiyyə edilən kitablara görə Diasporla İş üzrə Dövlət Komitəsinəminnətdarlığını bildirib. İki qardaş ölkə arasında mədəniəməkdaşlıqların iki xalq arasında bağların möhkəmlənməsinə vəmədəni zənginliklərin paylaşılmasına töhfə verəcəyinə əminliyiniifadə edib.

Xatırladaq ki, cari ilin avqust ayında ölkəmizdə səfərdə olandərnək rəhbəri ilə Komitədə keçirilən görüş zamanı Manisa XalqKitabxanasında Azərbaycan guşəsinin yaradılması və orada ölkəmizintanıdılması ilə bağlı təşəbbüs irəli sürülüb. Bununla bağlı Komitətərəfindən kitablarla yanaşı, Azərbaycan dilinin öyrənilməsi, milligeyimlər və müxtəlif ölçüdə Azərbaycan Respublikasının dövlətbayraqları qonağa təqdim edilib.

Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitabların hədiyyəolunması yerli mətbuatda da geniş işıqlandırılıb:

https://www.manisamansetgazetesi.com/haber/azerbaycandan-getirdigi-kitaplar-kutuphaneye-bagisladi-62352

https://www.manisahaberajansi.com/baskan-hosgul-den-azerbaycanla-ilgili-kitap-bagisi/79512/

https://www.manisakulishaber.com/baskan-hosgulden-azerbaycan-ile-ilgili-kitap-bagisi

Manisa
Manisa
Manisa
Manisa
Manisa
Manisa
Manisa
Manisa
Seçilən
9
3
az.trend.az

4Mənbələr