AZ

Tramp Ukraynanın çökməsinə imkan verməyəcək – Conson

Donald Tramp noyabrda keçiriləcək seçkidə qalib gəlsə, Ukraynanın çökməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Ukrayna yıxılsa, bu, tam bir fəlakət olacaq. Tramp bunu başa düşür. Düşünmürəm ki, o, Amerikanı nəhəng etməklə deyil, Sovet İttifaqını yenidən nəhəng etməklə başlayan adam kimi tarixə düşmək istəyir”, - o bildirib.

Conson qeyd edib ki, Tramp Vaşinqton administrasiyasına rəhbərlik etsəydi, Rusiya Ukraynada hərbi əməliyyat keçirməzdi:

“Trampın özəlliklərindən biri onun tam gözlənilməzliyidir. Ona görə də onun beynəlxalq arenada etdiklərinə baxıram və insanların onun haqqında dedikləri ilə müqayisə edirəm. O, 60 rus casusunu qovdu. Suriyaya qarşı demokratların administrasiyasından qat-qat sərt olub. O, SEPAH-a qarşı daha sərt idi. Tramp ukraynalılara “Javelin” raketlərini verib”.

Seçilən
3
5
axar.az

6Mənbələr