AZ

“Paşinyan erməniləri Bakının tələblərini yerinə yetirməyə hazırlayır”

Erməni politoloq Suren Surenyants iddia edib ki, Azərbaycanla Ermənistan arasında müharibə riski var. Tribunainfo.az xəbər verir ki, o, bu fikrini “Azərbaycan sülh müqaviləsi imzalamaq istəmir” iddiası ilə əsaslandırmağa çalışıb.

O deyib ki, Ermənistan hökumətində fikir ayrılığı var. “Paşinyan sülh yaxındır deyir, Mirzoyan isə müharibədən danışır. Bilmirəm xalqı nəyə hazırlayırlar. Amma öz ağızları ilə elan edirlər ki, siyasi iqtidarları məğlub olub”.

Surenyants qeyd edib ki, Ermənistanın xarici siyasəti iflasa uğrayıb. “Əgər ölkə diplomatiyasının rəhbəri onların səylərinin nəticəsiz qaldığını və Azərbaycanın sülhə hazır olmadığını deyirsə, bu, sadəcə olaraq aparılan diplomatiyanın iflasa uğradığını etiraf etməkdir”.

Erməni politoloq sonda vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini yerinə yetirmək üçün indidən zəmin hazırlayır. “Ola bilsin, onlar bizi Əliyevin bütün tələblərini yerinə yetirməyə hazırlayırlar”.

Seçilən
14
tribunainfo.az

1Mənbələr