AZ

Azərbaycan bu ölkəyə 16 manata kərə yağı satır - Qiymətlər

Cari ilin yanvar-iyul aylarında 5 410,13 ton miqdarında 32 milyon 802,3 min ABŞ dolları dəyərində kərə yağı ixrac olunub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə ən çox kərə yağı ixrac olunan ölkə Rusiya olub. Belə ki, Rusiyaya 5 min 406,49 ton miqdarında 32 milyon 771,98 min ABŞ dolları dəyərində kərə yağı satılıb ki, bunun da bir kiloqramının orta gömrük dəyəri 6,06 ABŞ dolları (10,3 manat) olub.

Bununla yanaşı, bu dövrdə Gürcüstana 1,66 ton miqdarında, 11 min 170 ABŞ dolları dəyərində, İraqa isə 1,98 ton miqdarında, 19 min 150 ABŞ dolları dəyərində kərə yağı ixrac olunub. Gürcüstana satılan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 6,7 ABŞ dolları (11,43 manat), İraqa satılan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 9,67 ABŞ dolları (16,44 manat) təşkil edib.

Əvəz Həsənov

Seçilən
3
valyuta.az

1Mənbələr