AZ

Bakıda dubl etdi, ən yaxşı adına namizəd oldu

UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bunlar Duşan Tadiç ("Fənərbağça"), Teo Leoni ("Anderlext"), Aleksandr Lyakazett ("Lion") və Erik Botheymdir ("Malmö").



Botheym "Qarabağ"la ötən gün keçirilən matçda dubla imza atıb. İsveç təmsilçisi onun qolları sayəsində qələbə qazanıb - 2:1.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Seçilən
0
7
fanat.az

8Mənbələr