AZ

Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb

Daha

"Bakı Sığorta" şirkəti İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə "APA-Economics"ə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 10-dan 9-a, ümumi iştirakçılarının sayı isə 15-dən 14-ə enib.

Xatırladaq ki, sentyabrın 26-da sığorta şirkətinin könüllü müraciəti əsasında onun "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Seçilən
2
5
xalqcebhesi.az

6Mənbələr